"Neftçi"dən vacib qələbə, "Zirə” xal itirdi - YENİLƏNDİ

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

Sport7.az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma keçirilib.

"Keşlə" "ASK Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu heç-heçədən sonra xallarını 25-ə çatdıran "Zirə" 3-cü pillədəki mövqeyini qoruyub. 14-cü xalını qazanan "Keşlə" isə "Sabah"la birlikdə 7 - 8-ci yerləri bölüşdürür.

Turun son matçında "Neftçi" "Qəbələ"ni qəbul edib. "Bakcell Arena"dakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə qolu 90+4-cü dəqiqədə Emin Mahmudov vurub. Bu nəticədən sonra 33-cü xalını qazanan "Neftçi" liderliyini möhkəmləndirib. Qonaqlar isə 18 xalla 5-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, turun açılış günündə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib.
qonaqlar 60 qolla cavab veriblər. "Neftçi” ardıcıl 14 oyunda meydanı qolsuz tərk etməyib. Paytaxt təmsilçisinin son 4 ev matçında hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası
XVI tur

16:00. "Keşlə” – "Zirə” 2:2
Qollar: Nicat Qurbanov Sadio, 19. Tonkara, 21 - Klesio Bauk, 17, Davit Volkov,73
Qırmızı vərəqə: Dmitrios Çantakias, 60

"Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov

"Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 26. Nemanya Andelkoviç, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASK Arena”.

18:00. "Neftçi” –" Qəbələ” 1:0
Qol: Emin Mahmudov, 90 +4 

"Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

"Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bakcell Arena”.

Qeyd edək ki, turun açılış günündə "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib, "Qarabağ" isə "Sumqayıt"la səfər matçında qolsuz heç-heçə edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR