"Neftçi qeyri-peşəkar klubdu" - Lukas Qomes

"Neftçi”dəki insanlar mən və ailəmlə çox pis davrandılar. 2 aydır ki, əmək haqqımı ala bilmirəm. Onlar evimin 3 aylıq kirayə haqqını da ödəməyiblər. Bu, Avropa Liqasında oynayacaq kluba yaraşan hərəkətlər deyil”.

Sport7.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Lukas Qomes deyib. Qomes sportlife.az-a açıqlamasında "Neftçi"dən ciddi şəkldə şikayət edərək narazılığını bildirib. Mayk Kampazın ardından klubdan göndərilməsi gündəmndə olan futbolçu klubu qeyri-peşəkar adlandırıb və bununla razılaşmayacağını söyləyib:

"Neftçi”dən ayrılmaq haqda düşünmürəm, belə bir planım yoxdu. Çünki dekabr ayına qədər bu klubla müqaviləm var. Müqaviləmdə yazılan maaşı sonuna qədər alacam. Mən onlara qarşı həmişə peşəkar davranmışam, ancaq onlar mənim onlarla davrandığım tərzdə davranmadılar”.
 
Sport7.az

Xəbər lenti