"Neftçi" rəhbərliyi Böyükağa Hacıyevlə maraqlanırdımı?

"Neftçi"nin sabiq baş məşqçisi, komandanın ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında böyük pay sahibi olan Böyükağa Hacıyevin məlum hadisədən sonra səhhətinin yaxşıya doğru getdiyi bildirilir. 
 
Hətta onun bu gün xəstəxanadan evə buraxılacağı da söylənilir. Bəs "Neftçi" rəhbərliyi onunla maraqlanıbmı? Sualımıza klubun mətbuat katibi Anar Şabanoğlunun sözlərində cavab axtarmağa çalışdıq.
 
"Rəhbərlik onunla maraqlanırdı. Reanimasiyada idi. Yanına getmək istəyirdilər. Oğlu ilə danışırdılar. Yəni Böyükağa bəyin yanına getmək fikirləri var. Xəstəxanaya düşəndən də maraqlanırdılar".
 
Sport7.az

Xəbər lenti