"Neftçi" rəhbərliyi çətin durumda

"Neftçi” iki futbolçusu – Donald Gerye və Baqali Dabo ilə bağlı ciddi problemlə üzləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, haitili müdafiəçi və fransalı hücumçu ölkə çempionatı bərpa ediləcəyi halda, meydana çıxmayacaq.

Belə ki, hər iki legionerin müqaviləsinin müddəti yayın ilk ayında qüvvədən düşmüş sayılacaq. Dabo və Gerye "ağ-qaralar”la yeni anlaşma imzalamayacaqları təqdirdə, mövsümün qalan matçlarında oynamaqdan imtina edəcək.

Düzdü, UEFA-nın koronavirus pandemiyası ilə bağlı tövsiyyəsi var. Qitə futbol qurumu futbolçuları mövsüm yekunlaşana qədər oynamağa çağırıb. Ancaq sözügedən əcnəbilər qurumun tövsiyyəsinə və ya hər hansı centlmensayağı razılaşmaya məhəl qoymur.  
 
Artıq klub rəhbərliyi legionerlərlə bağlı durumu sponsorlara da çatdırıb. Vəziyyətdən çıxış yolu olaraq bu futbolçulara hər matç üçün əlavə qonorar da təyin edilə bilər.

Qeyd edək ki, "Neftçi"də çempionatın başlamasına qarşı olan başqa legioerlər də var. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR