"Neftçi" rəsmisi: "Çalışırıq vəziyyəti düzgün dəyərləndirək"

AFFA-nın İntizam Komitəsinin "Neftçi"nin idman direktoru Ceyhun Sultanovla bağlı qərarı həm ağır, həm də gözlənilməz oldu.

Ceyhun bəy "Sabah"la oyundan sonra mətbuata açıqlamasında hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanması ilə yanaşı, onun çalışdığı "Neftçi"yə də 16000 manatlıq cərimə tətbiq olundu. Maraqlıdı, bu qərara görə klub apellyasiya şikayəti verməyi düşünürmü? Bu sualımıza cavabı isə "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevdən aldıq.

Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Hələ vaxtımız var. Apellyasiya şikayəti verib-verməməklə bağlı konkret qərarımız yoxdu. Qərar olanda açıqlayacağıq. Hələ ki, heç bir şikayət etməmişik və müzakirələrin nəticəsini gözləyirik. Rəhbərlik səviyyəsində müzakirələr aparılır. Çalışırıq ki, real vəziyyəti maksimum düzgün dəyərləndirək ki, bu, "Neftçi"yə ziyan verməsin. Sultanova verilən elə bir cəzadı ki... Ümumiyyətlə, dünyada, elə qardaş Türkiyədə də var ki, hakimlərin qərarı ilə bağlı danışmaq olmaz, çünki bunlar müzakirə olunmur. Təbii ki, biz də ağır cəza olduğunu anlayırıq. Amma neyləmək olar?".

Oyundan sonra klub tərəfindən Rəhim Həsənovun qərarları ilə bağlı protokola etiraz yazılmışdı. Ancaq AFFA bu etiraza da baxmayıb. Bəs bundan sonrakı addım nə olacaq?: "Bizə məlumat verildi ki, hakim qərarları müzakirə olunmadğı üçün Daboya verilən ikinci sarı vərəqə ilə bağlı etiraza baxılmayıb. Bununla bağlı da rəhbərlik hələ konkret addımlar atmayıb".

Sport7.az

Xəbər lenti