"Neftçi" rəsmisi: "Bu gizlidi"

Kubokun yarımfinal mərhələsinin ilk matçında səfərdə "Qəbələ"ni məğlub edən "Neftçi" finala çıxmaq üçün ciddi üstünlük əldə edib. Bəs komanda sabah Bakıda baş tutacaq cavab qarşılaşmasına necə hazırlaşır?
 
Bu suala cavabı klubun sözçüsü Anar Şabanoğludan məlumat aldıq. Anar bəy Sport7.az-a açıqlamasında qısaca bunları söylədi:
 
"Hər şey əla, yüksək səviyyədədi. Bugünkü hazırlıqdan şəkillər də paylaşmışıq. Vərəqə cəzalımız yoxdu. 2-3 nəfər zədəli var. Ola bilər oynasınlar. Söhbət Emin Mahmudov, Rəhman Hacıyev və Meza-Kollidən gedir. Süni meydançada oynadıqları üçün zədələnmişdilər. Amma oynamaq ehtimalları çoxdu, məşqlərdə iştirak edirlər. 
 
Qələbəyə görə mükafat? Vallah bununla bağlı dəqiq məlumatım yoxdu. Rəhbərlik məşğul olur. Həm də bu gizlidi".
 
Sport7.az
 

Xəbər lenti