"Neftçi" Ruslan Abışovun yerinə futbolçu alacaq

"Uypeşt"lə oyunda zədələnən "Neftçi"nin müdafiəçisi Ruslan Abışov əməliyyat olunması üçün Almaniyaya göndəriləcək.

Avqustun 1-də yola düşəcək Abışovun mövqeyindəki boşluğu kimin dolduracağı müəyyən deyil. Bu səbəbdən klubun mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. 

Rüstəm bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Ruslan əməliyyata gedəcək. Bu haqda məlumat vermişik. Hazırkı diaqnoza əsasən Ruslan əməliyyat və ondan sonrakı proseslərlə birlikdə 6 aydan sonra meydana çıxa bilər. Amma necə olacağını əməliyyatdan sonra biləcəyik. Meydana göstərilən vaxtdan tez qayıtsın deyə onu daha yaxşı yerə göndəririk. Zədəsi həqiqətən pisdi. Meniskis zədəsidi. İki yerdən əməliyyat olunacaq.

Ruslanın mövqeyindəki boşluğu doldurmaqdan ötrü yaxın günlərdə daha bir mərkəz müdafiəçisi almağı planlaşdırırıq. Hazırda təkliflər var. Baş məşqçi hansı futbolçunu bəyənəcəksə, onunla müqavilə bağlayacağıq. Düzdü, hazırdan həmin mövqedə Elvin Sərkərov da var. Amma yenə də futbolçu almağı planlaşdırırıq. Hələ ki, bir mərkəz müdafiəçisindən əlavə futbolçu almaq planımız yoxdu. Rəhbərlik indi bununla məşğuldu".

Sport7.az

Xəbər lenti