“Neftçi” Soni Mustivara görə nə qədər xərcə düşüb?

“Neftçi” Soni Mustivara görə nə qədər xərcə düşüb?
Paytaxt klubu yeni rəhbərliyin dövründə ilk transferini həyata keçirdi.

Sport7.az xəbər verir ki, Haiti millisinin üzvü Soni Mustivarla mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Müdafiəçi azad agent statusu ilə "Neftçi”yə gəlib. "Sportinq Kanzas Siti” ilə müqaviləsi başa çatdığından Soni 2018-ci ildə meydana çıxmayıb. Onun Ceyhun Sultanovun vasitəsi ilə "Neftçi”yə gəldiyi şübhə doğurmur.

Maraqlıdı ki, Ceyhun bəy "Neftçi”də işə başlayarkən hər bir futbolçunu meydanda izlədikdən sonra transferi barədə qərar veriləcəyini bildirmişdi. Mustivar isə 2018-ci ildə heç bir oyunda iştirak etməyib. Görünür, Sultanov bu futbolçunu daha əvvəldən gözaltı edibmiş.

Müqavilənin maddi tərəfi açıqlanmır. Məşhur "Transfermarkt” saytı "Neftçi”nin yeni transferinin hazırkı qiymətini 600 min avro, təxminən 1,2 milyon manat məbləğində göstərir. Bu isə Azərbaycan reallıqlarında yetərincə yüksək məbləğdir və "Neftçi”də maliyyə probleminin olmadığını düşünməyə əsas verir.

Sport7.az
 

Xəbər lenti