"Neftçi" Avroliqada mübarizəni dayandırdı - YENİLƏNDİ

"Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, "ağ-qaralar” 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsarildə "Bney Yehuda”nın qonağı olub. Petah Tikvadakı "Ha Moshava” stadionunda baş tutan görüşün 14-cü dəqiqəsində meydan sahibləri hesabda irəli çıxıb. Fasiləyə üstün yollanan İsrail təmsilçisi ikinci hissədə növbəti dəfə fərqlənib. Saqas 66-cı dəqiqədə Səlahətin qoruduğu qapını dəqiq nişan alıb. 
 
Bakıda baş tutan ilk qarşılaşmada olduğu kimi "Neftçi" oyunun sonlarında qol vurmağı bacarıb. Emin Mahmudov 90+3-cü dəqiqədə penaltidən lazımi şəkildə yararlansa da bu qol bakılılar üçün yalnız təsəlli olub. Beləliklə, final fiti "Neftçi"nin 1:2 hesablı məğlubiyyətini rəsmiləşdirib. Bununla da paytaxt klubu Avroliqada mübarizəni dayandırmalı olub.
 
Avropa Liqası
 
III təsnifat mərhələsi, cavab oyunu
 
21:00. "Bney Yehuda” (İsrail) – "Neftçi” 2:1 (İlk oyun – 2:2)
(Dor Jan, 14, Tambi Saqas, 66, Emin Mahmudov, 90+3)

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi
Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor  Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon
Baş məşqçi: Yosef Abuksis

"Neftçi": 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov
Baş məşqçi: Roberto Bordin
 
Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)
Hakim-inspektor: Stefane Lanno (Fransa)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Petah Tikva, "Ha Moşava" stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR