"Neftçi" - "Uypeşt" matçına neçə bilet satılıb? - SON MƏLUMAT

Bu gün baş tutacaq "Neftçi" - "Uypeşt" matçı üçün satışa çıxarılan biletlərin yarısı satılıb.

Bu haqda Sport7.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Son məlumata görə satışa çıxarılan 6000 biletdən 3500-ü öz sahibini tapıb. 

Matçın uzaq "Dalğa Arena"da keçirilməsinə və havaların çox isti olmasına baxmayaraq azarkeşlər hələ də bilet almağa davam edir. Bir müddətdən sonra bütün satış nöqtələri "Dalğa Arena"ya köçürüləcək. 

"Neftçi" - "Uypeşt" oyununun start fiti saat 21.00-da "Dalğa Arena"da səsləndiriləcək.

Sport7.az

Xəbər lenti