"Neftçi" və "Bakı"nın sabiq futbolçusu erməni klubunda

"Neftçi" və "Bakı"nın sabiq yarımmüdafiəçisi Vadim Borets məşqçi karyerasını Ermənistanda davam etdirəcək.

Sport7.az xəbər verir ki, moldovalı mütəxəssis yüksək liqa təmsilçisi "Noa" klubunda çalışacaq. 42 yaşlı məşqçi komandanın çalışdırıcısı İqor Pikuşakın köməkçisi olacaq. Hər iki mütəxəssislə bir illik müqavilə imzalanıb. 

2017-ci ildən fəaliyyət göstərən "Noa"nın öncəki adı "Artsax" olub. 

Borets 2005-2008-ci illərdə "Neftçi"də, 2008-2012-ci illərdə isə "Bakı"da çıxış edib. Moldova millisinin üzvü karyerasını "Bakı"da başa vurmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR