"Neftçi" və "Keşlə"dən qələbə – Azərbaycan Kuboku

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsi start götürəcək.

Sport7.az xəbər verir ki, iki qarşılaşmadan biri paytaxtda, digəri isə Qəbələ şəhər stadionunda keçiriləcək.
 
Günün ilk matçında "Keşlə” "Sumqayıt”ı qəbul edəcək. Azərbaycan çempionatlarında dəfələrlə qarşılaşmış komandalar ilk dəfə kubokda üz-üzə gələcəklər. "Sumqayıt” mərkəz müdafiəçiləri sarıdan sıxıntı ilə üzləşib. "Gənclər şəhəri” təmsilçisinin heyətində cəzalı Bəxtiyar Həsənalızadənin meydana çıxmayacağı dəqiqdir. Zədəli Vurğun Hüseynovun isə oynayıb-oynamayacağı bilinmir. "Keşlə”də isə zədəli müdafiəçilər - Cabir Əmirli və Murad Qayalı iştirak edə bilməyəcək. Yüngül zədəsi olan qapıçı Kamran Ağayevin durumu isə sual altındadır.

"Qəbələ” isə doğma azarkeşlər önündə "Neftçi” ilə üz-üzə gələcək. Bu komandalar indiyədək ölkə kubokunda 3 oyun keçiriblər. Hər 3 qarşılaşma eyni hesablı heç-heçə ilə başa çatıb - 1:1. Duellərin ikisinin taleyinə penaltilərdə aydınlıq gəlib. "Neftçi” 4 il öncə finalda, iki il öncə isə yarımfinalda qələbə qazanıb.

"Qəbələ” zədə səbəbindən qapıçı Dmitri Bezotosnı və mərkəz müdafiəçisi Vitali Vernidubun xidmətindən yararlana bilməyəcək. Premyer Liqanın XXII turunda "Zirə” ilə səfər matçında xəsarət alan Baqali Dabonun durumu isə böyük sual altındadır. "Neftçi”də yeganə itki kapitan Ruslan Abışovdur. Mərkəz müdafiəçisi cəzalı olduğu üçün "Qəbələ” ilə görüşü buraxacaq.

Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar

12 aprel (cümə axşamı)

16:00. "Keşlə” – "Sumqayıt” 1:0
(Sezar Meza-Kolli, 90+2) 

"Keşlə”: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 16. Şahin Zəkiyev, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev

"Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun  Hüseynov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı, "İnter Arena”

18:00. "Qəbələ” – "Neftçi” 1:2
(Lukas Qomez, 29, Namiq Ələsgərov, 45, Stiven Monroz, 90+1) 

"Qəbələ”:  23. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone

Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev

"Neftçi”: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov (k), 2. İlkin Qırtımov, 5. Anton Krivotsyuk, 25. Kiril Petrov, 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 9. Lukas Qomes

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 8. Emin Mahmudov, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
 
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

Sport7.az
 

Xəbər lenti