"Neftçi" yenə baş məşqçisiz qaldı

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov istefa verib.

Sport7.az xəbər verir ki, 43 yaşlı mütəxəssis öz ərizəsi ilə vəzifəsindən ayrılıb. Bu barədə "Report"a məlumat daxil olub.

Məmmədov 2020-ci ilin yanvarından "ağ-qaralar"a başçılıq edirdi. Onunla 2020/2021 mövsümünün əvvəlində 2 illik yeni müqavilə imzalanmışdı.

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR