"Sumqayıt" 3-cü pilləyə yüksəldi – YENİLƏNDİ

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulacaq.

Sport7.az xəbər verir ki, bu turun maraqlı gözlənən qarşılaşması "Bakcell Arena”da oynanılacaq. 8-ci kilometr qəsəbəsində yerləşən stadionda "Neftçi” "Qarabağ”ı qəbul edəcək.

"Qəbələ”nin dünən xal itirməsi "Qarabağ”ı bir qədər də rahatlaşdırıb. "Köhlən atlar”ın bu oyunda uduzması belə onlar üçün ciddi mənada heç nəyi həll etməyəcək. "Neftçi”yə isə xal vacibdir. Bu tur "Kəpəz”i qəbul edən "Sumqayıt”ın qələbə şansları yüksək olduğunda "Neftçi” də 3 xal üçün oynayacaq.
"Zirə” isə qış fasiləsindən sonra düşdüyü "qara zolaq”dan "Səbail”i yenməklə xilas olmaq arzusundadır.

Qeyd edək ki, bu turdan sonra Topaz Premyer Liqasında milli komandanın toplanışı ilə əlaqədar fasilə elan olunacaq. "CBC Sport” "Zirə” – "Səbail” qarşılaşmasını canlı yayımlamayacaq.

Topaz Premyer Liqası, XX tur, 14 mart

"Zirə” - "Səbail” 1:1
(Riçard Qadze, 17 - Apakidze, 54)

"Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 14. Tellur Mütəllimov, 18. Yani Urdinov, 38. İlkin Muradov, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev, 98. Elçin Əliyev
Baş məşqçi: Ayxan Abbasov
 
"Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Kərim Diniyev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 18. Aqşin Qurbanlı, 23. Ayron Stati, 24. Ruslan Əmircanov, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov.
Zirə İdman Kompleksinin stadionu, 17:00. 

"Neftçi” - "Qarabağ” 0:0
 
"Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 26. Ömər Buludov, 20. Elnur Süleymanov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Donald Qerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
Bakı. "Bakcell Arena”, 18:00. CBC Sport, canlı.

"Sumqayıt” - "Kəpəz” 2:1 
(Bəhlul Mustafazadə, 72, İmamverdiyev, 89 - Korotetski, 44)
 
"Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev

Baş məşqçi: Samir Abasov

"Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Frederiko, 16. Giuli Manjqaladze, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 48. Dieqo Souza, 9. İlkin Sadıqov

Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 3. Dedimar Ferreyra

Baş məşqçi: Yunis Hüseynov

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev
 
20:00. Sumqayıt, "Kapital Bank Arena"

Turun digər oyununda "Keşlə” və "Qəbələ” 1:1 hesablı bərabərliyə razılaşıblar.

Sport7.az
 
 

Xəbər lenti