“Neftçi” - "Zirə": 14-cü duel

“Neftçi” -
Topaz Premyer Liqasının bu həftə keçiriləcək 11-ci turunda "Zirə” "Neftçi” ilə qarşılaşacaq.
 
Sport7.az xəbər verir ki, bu görüş komandaların çempionatda 14-cü oyunu olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük "Zirə"nin tərəfindədir. "Qartallar" əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən komanda yalnız son iki görüşdə uduzub. 

Rəqib qapısından 16 top keçirən futbolçular 9 qol buraxıb. Bu 16 qola ümumilikdə 11 futbolçu imza atıb, daha bir qolu "Neftçi” öz qapısına vurub. Duellərdə "Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diez 3, Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə qol sevinci yaşayıb.
 
"Qartallar” "Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan "Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən qəsəbə təmsilçisi qapısından 4 top buraxıb.
 
2015/16 mövsümü
 
03.10.2015. Premyer Liqa. Zirə - Neftçi - 2:0
İqor İvanoviç, 19; Nelson Bonilla, 71

06.12.2015. Premyer Liqa. Neftçi - Zirə - 1:1
Ruslan Qurbanov, 10 - Luis Alberto Diez, 4

27.02.2016. Premyer Liqa. Zirə - Neftçi - 3:0
Nelson Bonilla, 24; Luis Alberto Diez, 88, 90+3

23.04.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:0

2016/17 mövsümü
14.08.2016. Premyer Liqa. Neftçi - Zirə - 0:1
Vüqar Mustafayev, 43

16.10.2016. Premyer Liqa. Zirə - Neftçi - 2:0
Yovan Krneta, 43 (p.); Adil Nağıyev, 50

05.03.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Daniel Seqovia, 60 (p.) - Georgi Navalovski, 62 (ö.q.); Milan Duriç, 79

23.04.2017. Premyer Liqa. Zirə - Neftçi - +:-

2017/18 mövsümü

16.09.2017. Premyer Liqa. Neftçi - Zirə - 1:2
Uqo Barqas, 54 - Vüsal İsgəndərli, 17; Riçard Qadze, 53

05.11.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:0
Riçard Qadze, 30

24.02.2018. Premyer Liqa. Neftçi - Zirə - 1:1
İqnasio Herrera, 22 - Comal Evans Uilyams, 30

15.04.2018. Premyer Liqa. Zirə - Neftçi - 0:3
Rəhman Hacıyev, 10-p.; İqnasio Herrera, 90+1; Rəşad Sadiqov, 90+5

2018/19 mövsümü

22.09.2017. Premyer Liqa. Zirə - Neftçi - 1:2
Dilan Duventru, 33 - Mirabdulla Abbasov, 6; Qoran Paratski, 52
 
Sport7.az

Xəbər lenti