"Neftçi"də yeni legioner

"Neftçi” qış fasiləsində ilk transferini reallaşdırmağa yaxındı.
 
Sport7.az xəbər verir ki, paytaxt klubunun müqavilə təklifini qəbul edən Fransisko Qarsiya artıq Bakıya gəlib.

Baş məşqçi Tərlan Əhmədovla görüşən 27 yaşlı paraqvaylı dayaq yarımmüdafiəçisiylə bütün məsələlərdə razılığa gəlinib. "Neftçi” Qarsiyayla uzunmüddətli müqavilə imzalamaq fikrindədi. Onun transferi gələn həftə rəsmiləşəcək. Legioner Bakıya yeni gəldiyindən "Keşlə”ylə yoxlama matçında iştirak etməyəcək.

"Qato” ləqəbli futbolçu son olaraq Paraqvay təmsilçisi "Kerro Pertono"da çıxış edib. Peşəkar karyerasına 2011-ci ildə bu komandada başlayan, 3 müxtəlif vaxtda onun uğurları üçün çalışan Fransiskonun karyerası əsasən vətəniylə bağlı olub. O, yalnız 2015/16 mövsümündə legioner həyatı yaşayaraq Kolumbiyanın "Atletiko Huila” klubunun şərəfini qoruyub.

Qarsiyanı "Neftçi”yə klubun paraqvaylı üzvü Derlis Meza Kolli təklif edib.
 
Sport7.az

Xəbər lenti