"Neftçi"də yeni məşqçi

"Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqlərinə bugündən etibarən start verilib.

Sport7.az xəbər verir ki, komanda məşqçilər - Tofiq Mustafayev və İqor Getmanın rəhbərliyi altında yeni mövsümə hazırlaşacaq. 

Əvəzedicilərin hazırlıq prosesi 2 mərhələdən ibarət olacaq. Məşqlər ilk olaraq, Bakıda keçiriləcək. Daha sonra isə əvəzedici komandanın Gürcüstanın Ureki şəhərində təlim-məşq toplanışı nəzərdə tutulub.

Qeyd edək ki, İqor Getman bunadək "Simurq"da Georgi Çixradzenin köməkçisi idi. O, 2012-ci ilin yanvarından - Sergey Yuranın dövründən bu komandada çalışırdı. Samir Əliyevin əsas komandaya baş məşqçi təyin olunmasından sonra "Neftçi" sabiq futbolçusu olmuş Getmanı əvəzedicilərə məşqçi kimi gətirib. Onu da bildirək ki, Getman əvvəllər "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR