"Neftçi"də yumruq davası: Zaqatalada ara qarışdı

Topaz Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Simurq" - "Neftçi" matçının fasiləsində qalmaqal yaşanıb. Sport7.Az rekord.az saytına istinadən xəbər verir ki, komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb. 

Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar. Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib, paltardəyişmə otağına aparmaq mümkün olub.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR