“Neftçi”dəki idarəçilik fiaskodu” – FİFA meneceri klub rəhbərliyini “bombaladı”

“Neftçi”dəki idarəçilik fiaskodu” – FİFA meneceri klub rəhbərliyini “bombaladı”

Tanınmış FİFA meneceri Erkin İbrahimov "Feysbuk” səhifəsindən maraqlı paylaşım edib.

Sport7.az həmin paylaşımı sizə təqdim edir:

İnboksa "Neftçi”də baş verenlər ilə bağlı suallar gəlir. Təbii ki, xoşagəlməz bir durum yaranıb. Əvvəlcə Dabo, indi də Gerye sosial şəbəkələr vasitəsi ilə klubdan gedecəklərini açıqlayıb.

Faktiki olaraq, Dabo və Gerye - azad futbolçulardı. Ancaq bu həm də belə deyil. Ölkə çempionatı ləğv olunmayıb. AFFA da dünən açıqladı ki, klublar müqavilələri bitmiş futbolçuları ilə mütləq şəkildə anlaşmaları mövsümün sonuna kimi uzatmalıdı. UEFA da bunu tələb edir.
Kimsə deyə bilər ki, onsuz da "Neftçi”nin cədvəldəki durumu bəllidir. Nə "Qarabağ”a çata bilər (-8 xal), nə də üçüncü pilləyə düşə bilər (+7 xal). Ancaq bu demək deyil ki, ölkənin ən tarixi klubu karvansaraya dönməlidir.

Çempionatın hazırda iki autsayderı var – "Qəbələ” ilə "Səbail”. O klublarda belə bu cür "bardak" yaşanmır. İstənilən klubda rəhbərlik ilə futbolçular arasında fikir ayrılığı yarana bilər. Əminəm ki, digər klublarımızda da yaranmış durum ilə bağlı legioner futbolçular etirazlarını bildirir. Di gəl ki, "Neftçi”dən başqa heç bir klubda bu məsələlər "İnstagram”a çıxmadı, elə klub daxili məsələ olaraq qaldı.

Lap Dabo və Gerye ilə münasibətlər dalana dirəndisə, ictimaiyyət, azarkeşlər bunu ilk öncə klubdan öyrənməlidi. Bir futbolçunun sosial şəbəkədə bu tipli açıqlamalar verməsi klub idarəçiliyi adına bir fiaskodu!

Zərbə o qədər güclü oldu ki, səhər tezdən klub rəhbərliyi arxiv xəbərləri yeni adı ilə sırıyır. Anton Krivotsyuk müqaviləni bu günlərdə deyil, qışda uzatdı. Yenə yalan, yenə qeyri-səmimi yanaşma...

Yaranmış durumun yalnız bir pozitiv tərəfi var. Həqiqətən də, lap komandadan bütün legionerlər göndərilsə belə "Neftçi” çətin ki 2-ci yeri "Keşlə”yə verə. Bu məqamda gənc futbolçulara özlərini göstərmək üçün bir fürsət yaranıb. "Neftçi”nin ikinci komandasına rəhbərlik edən Mahmud Qurbanovun işini çox bəyənirəm. Dublda perspektiv vəd edən futbolçular az deyil. Dabo, Gerye kimi vecsiz, klubu və azarkeşləri saymayan futbolçulardansa, mövsümün komandanın öz yetirmələri çıxış etsə daha yaxşıdır.

Sonda yenə təkrarlamalı oluram – "Neftçi”də son baş verənlər klub idarəçiliyi adına fiaskodu. Ölkənin brend klubunu hansısa ikinci sort gəlmə futbolçuların oyuncağına çevrilməməli idi (Sonra da Ceyhun Sultanov TV-yə çıxıb sual verəcək ki "Neftçi” nəyə görə çempion olmalıdı ki?!” Tam haqlısız, Ceyhun bəy! "Neftçi” məhz sizin və Kamran Quliyev kimi idarəçilər üzündən, işə qeyri-peşəkar yanaşmaya görə çempion ola bilməz.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR