"Neftçi"dən Çingiz İsmayılova özəl təbrik - VİDEO

Azərbaycan futbolunun tanınmış simalarından olan, "Neftçi"nin veteran futbolçusu Çingiz İsmayılov 83 yaşını tamamlayıb.
 
Sport7.az xəbər verir ki, bu münasibətlə klub rəhbərliyi futbolçularla birlikdə Çingiz bəyə özəl hədiyyə verib.
 
1935-ci ildə dünyaya gəlmiş "Pələng” ləqəbli qapıçı 1956-1961-ci illər ərzində "Neftçi”nin heyətində 96 oyun keçirib. Çingiz İsmayılov futbolçu karyerasını bitirdikdən sonra 1987-1991-ci illərdə komandamızın rəisi vəzifəsində çalışıb.
 
Tarixinə hər zaman böyük ehtiramla yanaşan "Neftçi” PFK "Qəbələ” ilə vacib səfər oyununa yollanmazdan əvvəl Çingiz müəllimə kiçik sürpriz hazırlayıb. Klubun bazasına dəvət olunan veteranı prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, A komandasının məşqçi və futbolçu heyəti tam tərkibdə təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.
 
 
Sport7.az

Xəbər lenti