“Neftçi”dən mətbuat üçün açıq məşq və brifinq

“Neftçi”dən mətbuat üçün açıq məşq və brifinq

"Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi dünən olduğu kimi, bu gün də iki məşqə çıxacaq. 

Saat 15:30-dan etibarən klub bazasında baş tutacaq axşam məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Hazırlıq prosesi başlamazdan 15 dəqiqə əvvəl – saat 15:15-də isə həmin məkanda baş məşqçi Roberto Bordin, futbolçular – Ruslan Abışov və Emin Mahmudovun iştirakı ilə brifinq keçiriləcək.

Xatırladaq ki, "Neftçi” Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR