"Neftçi"dən qadağa - mətbuata açıqlama vermək olmaz

"Neftçi" futbolçulara və məşqçilərə qadağa qoyub. Klub rəhbərliyi üçüncü dövrə başlayana və ilk oyunlar keçirilənə qədər məşqçilərlə futbolçulara mətbuatla ünsiyyət qurmağa icazə verməməyi qərara alıb.

Bu haqda məlumatı Sport7.az-a klubun mətbuat katibi Rüstəm Allahverdiyev verib. Rüstəm bəy futbolçulara və məşqçilərə yalnız oyundan sonra mətbuata danışmağa icazə veriləcəyini bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR