“Neftçi”dən “Qarabağ”a atmaca? – “Oğlum “Qarabağ”...

“Neftçi”dən “Qarabağ”a atmaca? – “Oğlum “Qarabağ”...
"Qarabağ”ın "Atletiko” ilə oyunlarda qazandığı tarixi nəticələr, sərgilədiyi oyun bütün Azərbaycanda sevinclə qarşılanıb.

Sport7.az xəbər verir ki, ölkə çempionunun bu uğurunu birmənalı yanaşmayanlar da tapılır. Bu qrupa daxil olan insanlar ya xarici ölkələrin futbol komandalarına azarkeşlik edənlərdir, ya da Azərbaycan Premuer Liqasında "Qarabağ”ın rəqiblərini dəstəkləyənlər.

Xüsusiylə də "Neftçi” və "Qəbələ” fanatları bu mənada "fərqlənsələr” də, belələri əsasən kiçik atmacalarla kifayətlənir, mübahisələr böyümür.

Dünən axşam oyun bitəndən sonra isə "Twitter” sosial şəbəkəsində "Neftçi” PFK adıyla qeydiyyatdan keçmiş bir istifadəçi "Qarabağ”ı aşağılayacaq mesaj yayımlayıb. "Təbriklər, oğlum FK "Qarabağ” məzmunlu mesaj görənlərin hiddətinə səbəb olub.
 
"Azerifootball.com” saytında bu barədə məlumat yayıldıqdan sonra klub əməkdaşları həmin səhifənin və mesajın kluba heç bir aidiyyatının olmadığını, klubun rəsmi səhifəsindən belə bir təbrik yayımlanmadığını bildiriblər.
 

Xəbər lenti