"Neftçi"dən Vobayla bağlı açıqlama gəldi - VİDEO

Culius Vobayın Zaqatalada səbəb olduğu qalmaqalla bağlı "Neftçi"nin İnformasiya və İcitmaiyyətlə Əlaqər üzrə Departament rəhbəri Gündüz Abbaszadə izahat verib.

Sport7.az xəbər verir ki, bu haqda özünün "facebook" hesabı vasitəsiylə jurnalistlərə və azarkeşlərə müraciət edən "Neftçi" rəsmisi Vobayın üzr istəməyə hazır olduğunu bildirib: "Əziz azarkeşlər, hörmətli mətbuat nümayəndələri, eləcə də digər dostlarım. "Neftçi”nin futbolçusu Culius Vobayın ədəbsiz jest etdiyi iddiası mətbuatın gündəmindədir. Əslində bu iddialara münasibət daha tez verilə bilərdi. Sadəcə məsələnin aydınlığa çıxması üçün faktlar əldə etmək vaxtımızı aldı. Sizə təqdim etdiyimiz videoya diqqətlə baxmağınızı xahiş edirəm. Culius Vobay oyundan sonra qələbəni özünə məxsus tərzdə qeyd edir. Fikir veririsinizsə, bu jest "Simurq” azarkeşlərinə deyil, qələbə qolunun vurulmasında əməyi olan Əziz Quliyevə və Nikolas Kanalesə, həmçinin qapısını toxunulmaz sağlamağı bacaran Aqil Məmmədova yönəlir. Bu təhqir deyil, Vobaya məxsus qələbə sevincidir. Bu barədə futbolçumuz Culius Vobayla da söhbətimiz oldu. O, illərdir ölkəmizdə yaşadığını və bir müsəlman kimi Azərbaycan xalqının inancına, adət-ənənəsinə az-çox bələd olduğunu söylədi. Vobayın mənə dediklərini olduğu kimi bura yazıram: "Həmin epizodda ədəbsiz jestdən söhbət belə gedə bilməz. Uzun illərdir Azərbaycandayam və heç vaxt belə hərəkət etməmişəm, bundan sonra da etmərəm. Gərgin oyundan sonra qazandığımız qələbəni komanda yoldaşlarımla bu formada qeyd etdim. Əgər hər hansı azarkeş bu hərəkətimi qeyri-etik jest kimi başa düşübsə, mən həmin insanlardan üzr istəməyə hazıram. Kiminsə qəlbini qırmaq istəmərəm". "Neftçi” PFK olaraq bildirmək istəyirik ki, əgər Culius Vobay belə bir hərəkət etmiş olsaydı, ilk növbədə klubumuz onu cəzalandırardı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR