"Neftçimaniya"dan da etiraz: "Rəhbərlik istefaya layiq olduğunu sübut etdi"

"Neftçi" azarkeşlərinin klub rəhbərliyinə, baş məşqçi Roberto Bordinə etirazı davam edir.
 
Sport7.az xəbər verir ki, "Forza Neftçi" "Sabah"la oyunda "istefa" qışqırdıqları üçün meydandan qovulan azarkeşlərə görə tribunadan müəyyən müddətə çəkildiklərini elan etmişdi. "Neftçi"nin fəal azarkeş qruplarından olan "Neftçimaniya" da etirazını bildirib. 
 
Azarkeş qrupu rəsmi "feysbuk" səhifəsi vasitəsilə etirazlarını bu şəkildə çatdırıb: "Klubun pis günü o vaxt olur ki, büdcəsi olmur, transfer edə bilmir, pis şəraitdə məşq edir, pis stadionda oynayır və uduzur. Ancaq döyüşüb uduzur. Döyüşən komandanın udsa da uduzsa da yanında olmuşuq həmişə. Daha hərşey qaydasında olan vaxt Bakıda 90 dəqiqə susmayan 12 min adamın yaratdığı möhtəşəm atmosferlə səfərə gedib 90 dəqiqə qəsdən məzələnib uduzan, komandanın adını, azarkeşin əziyyətini yerə vuran komandanın, rəhbərliyin yox. Bizim səsləndirdiyimiz istefa şüarları komandanın "Bney Yehuda"ya qarşı "Neftçi" adına yaraşmayan qərəzli oyununa və keçən ölkə çempionatında aşkar fərqlə çempionluğa namizəd olan komamdamızın son anlarda çempionluğu müəmmalı şəkildə əldən verməsinə qarşı idi. Və haqlı etiraza dözə bilməyib fasilə vaxtı polis gücünə azarkeşləri stadiondan kənarlaşdıran aciz klub rəhbərliyi istefaya layiq olduğunu bir daha sübut etdi".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR