"Neftçi"ni yaxşı analiz etmişdik" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Neftçi" – "Sumqayıt” qarşılaşmasının oyun sonrası mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini media mənsubları ilə bölüşüb.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Komandanı çətin oyun gözləyirdi. Rəqibimiz çempionatın iki liderindən biri olan "Neftçi" idi. Bizə də xallar lazım idi, çünki aşağıdakı rəqiblər çata bilər. Millinin toplanışından dönən oyunçular 3-4 gün məşq etmişdi. "Neftçi"ni yaxşı analiz etmişdik. Onların boşluqlarını bilirdik. Futbolçulara hər şeyi aşıladıq. Düşündüyümüz epizodlar oldu və qola çevirdik. Oyunçular bu gün siqnal verdi ki, onlara inanmaq lazımdır. Çempionatda 7 oyun qalıb. Bu qələbə münasibəti ilə azarkeşlərimizi də təbrik edirəm. Baxmayaraq ki, onlar yanımızda deyil, amma dəstəklərini həmişə hiss edirik".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR