"Neftçi"nin futbolçusu millidə debüt edə bilər

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda Qvineya Futbol Federasiyasının rəsmi saytında məlumat yer alıb. Milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.

2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR