“Neftçi”nin futbolçusu sıradan çıxdı

“Neftçi”nin futbolçusu sıradan çıxdı
"Kəpəz”lə oyunda qazandığı 1:0 hesablı qələbə ilə 3 xal qazanan "Neftçi” bir futbolçusunu itirib.

Sport7.az xəbər verir ki, 75-ci dəqiqədə Dieqo Qusmaonun kobudluğuna məruz qalan Məhəmməd Mirzəbəyovun burnu sınıb. Həmin epizodun davamında müdafiəçi oyunu davam etdirə bilməmiş, İlkin Qırtımovla əvəzlənmişdi.

Klubun sözçüsü Anar Şabanoğlu "Futbol+” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, "milliləşdirilmiş” futbolçunun burnu əməliyyət olunub və Mirzəbəyov azı bir ay meydandan kənar qalacaq.

Sport7.az

Xəbər lenti