“Neftçi”nin hücumçusu Dubayda - FOTO

“Neftçi”nin hücumçusu Dubayda - FOTO

Milli komandaların oyunları ilə bağlı yaranan fasiləni "Neftçi”nin fransalı hücumçusu Baqali Dabo yaxşı dəyərləndirib.

Sport7.az xəbər verir ki, Dabo nişanlısı Tuğba ilə Dubaya yollanıb. Cütlük 3 gün ərzində Ərəb Əmirliklərinin cənnət guşəsində dincəlib. Alış-veriş mərkəzlərində doyunca vaxt keçirən Baqali və Tuğba daha sonra dəniz sahilində günəşləniblər.

Fransada yaşayan türk ailəsində doğulan Tuğba Baqali ilə 2017-ci ildə nişanlanıb. Cütlüyün nişan mərasimi Parisdə keçirilib.

Türk dilində yaxşı danışan Tuğba nişanlısı ilə birlikdə Bakıda yaşayır və onlar üçün "Port Baku”da dəniz mənzərəli lüks mənzil kirayələnib. Bundan başqa Dabo klub tərəfindən son model avtomobillə də təmin olunub.

"İnstaqramm”da xeyli fəal olan Dabo "Neftçi”nin "Bney Yehuda”ya uduzmasından sonra istirahət fotolarını paylaşmaqla gündəm olmuşdu. Məhz bu qalmaqaldan sonra Baqali azərbaycanlı idman jurnalistlərini və "Neftçi” azarkeşlərini səhifəsindən bloklayıb. Tuğba da sevgilisi kimi istirahət məkanlarından və yemək məclislərindən şəkillər paylaşmağı xoşlayır.

 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR