“Neftçi”nin incitdiyi məşqçi işsiz qaldı

“Neftçi”nin incitdiyi məşqçi işsiz qaldı

Rusiya Premyer Liqasında növbəti məşqçi istefası yaşanıb.

Sport7.az xəbər verir ki, Tula "Arsenal”ının baş məşqçisi İqor Çerevçenko komandadan ayrılıb.

Mütəxəssis doğma meydanda "Axmat”a 1:3 hesabıyla uduzduqdan sonra rəhbərliyə istefasıyla bağlı ərizə təqdim edib. Mövsümün son oyunlarına "Arsenal”ı Sergey Podpalı və Nikolay Kovardayev hazırlayacaq.

Xatırladaq ki, "Arsenal” Çerevçenkonun rəhbərliyi ilə ötən yay avrokuboklarda debüt etmişdi. "Neftçi”yə rəqib olan Tula komandası hər iki oyunda məğlub olmaqla mübarizəni dayandırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR