"Neftçi"nin italiyalısı: "Özümü çox yaxşı hiss edirəm"

"Neftçi”nin hücumçusu Canluka Sansone "Keşlə” üzərində qələbədən sonra fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, italiyalı futbolçu klubun rəsmi saytına açıqlamasında start heyətində və ya sonradan meydana daxil olmağın onun üçün elə bir fərqi olmadığını deyib:

"Komandaya yeni qoşulmuşam. Bununla belə, artıq uyğunlaşmağa başlamışam. Çox gözəl kollektivimiz var. Özümü burada çox yaxşı hiss edirəm. Matça gəlincə, yaxşı oyun nümayiş etdirdik. Şadam ki, qələbə qazandıq. Əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verir. Start heyətində və ya sonradan meydana daxil olmağımın mənim üçün elə bir fərqi yoxdur. Əsas odur hər oyuna hazır olub, komandama fayda verim”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR