"Neftçi"nin italyan çalışdırıcısı DÇ-də bu yığmaya azarkeşlik edəcək

"Neftçi" üzvləri klubun "feysbuk" səhifəsinə futbol üzrə dünya çempionatında azarkeşlik edəcəkləri yığmaların adlarını açıqlayıb.
 
Sport7.az xəbər verir ki, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib. Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük verib. "Pentakampeonlar"ı 3 futbolçu - Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.

Daha iki köməkçi məşqçi - İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu - Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəyini bildirib.

Bu gün Rusiyada start götürəcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.
 
Sport7.az

Xəbər lenti