"Neftçi"nin italyan çalışdırıcısı: "Oyunçuları müdafiədə bir sıraya düzməyəcəyəm"

"Neftçi”nin prezidentinə, klubun rəhbərliyinə mənə bu imkanı yaratdıqları üçün təşəkkür edirəm. İtaliyadan olan agentlərimə də minnətdaram”.

Sport7.az xəbər verir ki, bunu "Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin Bakı Olimpiya Stadionunda rəsmi müqavilənin imzalanma mərasimində deyib. O, yeni klubundakı hədəfləri barədə danışıb: 
 
"Gələn mövsüm çətin olacaq. Lakin "Neftçi” ən böyük tarixə malik klubudur. Hədəfləri olan bir klubla mövsümə yaxşı başlayacağımıza inanıram. Klubda olanlar da yüksək hədəfləri olan şəxslərdir. Mənimlə bağlı təqdim olunan videoçarxa görə təşəkkür edirəm. O vaxt daha cavan idim (gülür)"

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- "Neftçi”yə gəlişininiz necə alındı? 

- "Neftçi” klubun tanıyırdım. Avropa Liqasında İtaliya "İnter”i və digər komandalarla görüşlər keçirmişdi. Biz prezidentlə bir araya gələndən sonra dərhal razılaşdıq. Əlavə şərtləri müzakirə etməyə, dəqiqləşmə aparmağa ehtiycaq qalmadı.

- "Neftçi”nin bütün çempionluqlarına yerli məşqçilər imza atıb. Bunu bacarsanız tarixə düşəcəksiniz... 

- Baş məşqçi olaraq, ambisiyalı bir şəxsəm. "Neftçi” ilə birgə uğurlu addımlar atacağımıza, yaxşı nəticə verəcəyimizə inanıram. Neçə ldi bu sahədə, dünyanın bir çox yerində çalışmışam. Bu məsuliyəti anlayır və üzərimə götürürəm. 

- Təklif aldıqdan sonra "Neftçi"nin oyunlarını izləmisiniz? Hanıs mövqelərdə güclənməyə ehtiyac var? 

- Bir neçə oyuna baxdım. Oyunçu məsələsini klub rəhbərliyi ilə bir az müzakirə etdik. Müəyyən fikirlərimiz var. Yenidən baxılacaq.

- Qarşınıza çempionluq hədəfi qoyulub və bu, belədirsə, "Qarabağ”ı yaxşı tanıyırsınızmı? 

- "Neftçi” də kifayət qədər titul qazanıb, "Qarabağ”dan geri qalmayıb. Keçmişdən yox, gələcəkdən danışmalıyıq. Qarşıda yeni mövsüm var. Çempionat tək bizim yox, digər klulblar üçün də çətin olacaq. Burada əsas məsələ futbolçunun hansı ölkdən gəlməsi yox, hansı düşüncədə olmasıdır.

- "Şerif”lə müqayisədə "Neftçi”nin büdcəsi çoxdur, yoxsa az? Bu büdcə çempionluq üçün kifayət edəcək? 

- Klubda vəzifəm baş məşqçilikdir. Büdcə - incə məsələdir. Bunu klub rəhbərliyi ilə danışmalısınız. Rəhbərliklə birgə klubun səviyyəsini artırmağa çalışacağıq.

- "Neftçi"nin hər iki qapıçısı azərbaycanlıdır. Əcnəbi qolkiper gətirmək fikriniz var? 

- Hazırda 2 yox, 3 qapıçımız var. Onlardan biri 21 yaşlıdır. Bu qapıçıların müqavlələri var. Onlardan bu gün üçün tam razıyıq.

- İtaliyalı məşqçilər müdafiə futboluna üstünlük verir. "Neftçi” isə hər zaman hücum futbolu sərgiləyib. Komandanın oyun fəlsəfəsi necə olacaq?
 
- Sizi əmin edə bilərəm ki, oyunçuları müdafiədə bir sıraya düzməyəcəyəm (gülür). Mənim üslubum – daha aqressiv futboldu. Əvvəlki komandalarımda 4-3-3 sxemindən yararlanmışam. Təbii ki, matçlara görə şərtlər dəyişir. Ümumilikdə aqressiv hücum futbolu tətbiq etmişəm. Elə oyunlar oalcaq ki, daha çox müdafiə stategiyası tətbiq edəcəyik, bəzilərində isə əksinə. (report.az)
 
Sport7.az

Xəbər lenti