"Neftçi"nin Mozambikdə də azarkeşi varmış

Bir neçə gün öncə "Neftçi" "Feysbuk" sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə "Bizi haradan izləyirsiz? "Neftçi”yə hansı ölkədən azarkeşlik edirsiz?” sualı altında sorğu keçirib. 
 
Sport7.az xəbər verir ki, artıq yekunlaşan sorğuda maraqlı nəticələr qeydə alınıb. Belə ki, sorğunun nəticələrinə yəni "Feysbuk"dan yazılan rəylərə görə "Neftçi”yə Azərbaycandan sonra ən çox Türkiyədə azarkeşlik edirlər. Maraqlıdı ki, bununla yanaşı komandanın az da olsa Liviya, hətta Mozambik və Namibiya kimi ölkələrdə də izləyənlər var. Düzdü inandırıcı gəlməsə də (ola bilər hansısa azarkeş zarafatla belə rəy yazıb) hər halda klubun rəsmi səhifəsinin açıqladığı nəticələrdə bunu görmək mümkündü. 
 
Ümumilikdə nəticələr aşağıdakı kimi olub.

Azərbaycan 25
Türkiyə 11
Rusiya 6
Almaniya 3
ABŞ 3
Kanada 2
Ukrayna 2
İngiltərə 1
İsveç 1
Belçika 1
Hollandiya 1
Polşa 1
Macarıstan 1
Belarus 1
Yunanıstan 1
Kipr 1
İran 1
BƏƏ 1
Liviya 1
Mozambik 1
Namibiya 1
 
Sport7.az

Xəbər lenti