"Neftçi"nin oyunlarını canlı yayımlayacaq telekanal müəyyənləşdi

"Neftçi”nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Sperantsa” klubu ilə keçirəcəyi hər iki oyunu canlı yayımlanacaq telekanal müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, klubla "CBC Sport" arasında aparılan danışıqlar müsbət nəticə verib. Belə ki, Azarkeşlər iyulun 11-i "Zimbru” stadionunda, 18-i isə "Bakcell Arena”da baş tutacaq görüşləri "CBC Sport” vasitəsilə izləyə biləcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR