"Neftçi"nin qolunun müəllifi: "Əsas odur ki, komandama faydalı olum"

"Neftçi”nin müdafiəçisi Mamadu Mbodj klubun rəsmi saytına açıqlama verib.
 
Sport7.az xəbər verir ki, "Qarabağ”a qol vuran seneqallı futbolçu heç-heçəni qənaətbəxş nəticə hesab etdiyini bildirib: "Neftçi”nin heyətindəki ilk rəsmi oyunumda qol vurduğum üçün çox xoşbəxtəm. Amma əsas odur ki, komandama faydalı olum, mübarizə aparıb, uğurlu nəticə qazandırım. Bu gün meydana qalib gəlmək üçün çıxmışdıq. Amma səfər oyununda azlıqda qalmağımızı nəzərə alsaq, heç-heçəni qənaətbəxş nəticə hesab etmək olar”.
 
Sport7.az

Xəbər lenti