"Neftçi"nin sabiq futbolçusu marixuana ilə həbs olundu - FOTO

"Neftçi”nin sabiq futbolçusu Fransisko Xavyer Qarsiya ölkəsi Paraqvayda həbs olunub.

Sport7.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi əvvəlcə yerli polisdən qaça bilsə də, çox keçmədən yaxalanıb. Sərxoş vəziyyətdə olan Qato ləqəbli oyunçunun üzərindən 140 qram marixuana aşkarlanıb. Bu ilin mayında Braziliya klubu "Banqu”dan ayrıldıqdan sonra işsiz qalan orta sahə oyunçusunun əvvəllər də analoji problem səbəbindən həbs olunduğu bildirilib. O, hazırda prokurorun tapşırığı ilə polis mərkəzində saxlanılır.

Qato 2018-ci ilin yanvarında keçdiyi "Neftçi”də cəmi 6 ay qala bilib. Onun Avropada legioner həyatı yaşadığı yeganə komanda məhz "flaqman” olub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR