“Neftçi”nin sabiq hücumçusu “Keşlə”də

“Neftçi”nin sabiq hücumçusu “Keşlə”də
Sabah Maltada "Baltsan”la qarşılaşacaq "Keşlə” heyətini əcnəbi hücumçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, özbək forvard Bahodir Nasimov "Keşlə”nin şərəfini qoruyacaq.

Nasimov "11” nömrəli formada çıxış edəcək. Onun sonuncu klubu vətənində "Buxaro” olub.

Nasimov 2011-2014-cü illər aralığında "Neftçi”də çıxış edib. O, "ağ qaralar”ın heyətndə 86 oyunda 38 qol vurub. 

Sport7.az
 
 

Xəbər lenti