“Neftçi”nin sabiq məşqçisi cəbhədə yaralanıb – FOTO

“Neftçi”nin sabiq məşqçisi cəbhədə yaralanıb – FOTO

"Neftçi" və "İnter"in, eləcə də Gürcüstan milli komandasının keçmiş məşqçisi Ağakişi Mehdizadə ikinci Qarabağ savaşında Füzuli rayonunda gedən döyüşlərdə yaralanıb.

Sport7.az xəbər verir ki, Mehdizadə hazırda rayonlarımızdan birində xəstəxanada müalicə alır.

Bu barədə "Neftçi”nin sabiq mətbuat katibi Anar Şabanoğlu "Feysbuk” səhifəsində yazıb.

Ağakişi Mehdizadənin yaralanması barədə yazan həmkarımız daha sonra onun barəsində ürək sözlərini də paylaşıb. Həmin statusun qısa icmalı belədir:
 
"Ağakişi öz sahəsində Azərbaycanda ən güclü mütəxəssisdi. Belə olmasa, Kaxaber Tsxadadze Gürcüstan millisinə baş məşqçi təyin ediləndə onu da özü ilə aparmazdı. Təəssüf ki, gənc mütəxəssisi 3 ildir Azərbaycan futbolundan kənarlaşdırıblar.
 
Onu tanıyan hər kəs bilir ki, o futbolla yaşayan, yatıb duran adamdı. Ən sevdiyi və ən yaxşı bacardığı iş də futboldu. Ağakişi həm də ailə başçısıdı, atadır. Günahsız yerə futbolsuz qaldığı 3 ildə o çox çətinliklər görüb. İnşallah, tezliklə sağalar və sevimli futboluna dönər.

Tez sağal, "Bobo"! Futbolumuzun sənin kimi mütəxəssislərə hər zaman ehtiyacı olub və var!”
 
Əldə etdiyimiz məlumata görə, Ağakişi Mehdizadənin yarası həyati təhlükəli deyil. Öz növbəmizdə ona tezliklə şəfa tapmasını arzulayırıq. Tanrı Azərbaycan əsgərini qorusun!
 

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR