"Neftçi"nin sabiq prezidenti UEFA-dan təyinat aldı

"Neftçi"nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Sport7.az xəbər verir ki, Hüseynzadə iyulun 16-da "Valletta" (Malta) - "Düdelanj" (Lüskemburq) komandaları arasında keçiriləcək I təsnifat mərhələsinin cavab matçının UEFA nümayəndəsi olacaq. Bu komandalar arasında ilk qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.

Hüseynzadə "Neftçi”nin prezidenti vəzifəsindən ötən il fevralın 16-da istefa verib. Hazırda kluba Kamran Quliyev rəhbərlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR