"Neftçi"nin sözçüsü: "Ruslan növbəti dəfə Almaniyaya gedəcək"

"Neftçi" növbəti turda qarşılaşacağı "Sabah"la matçın hazırlıqlarına start verib.

Komandanın hazırlıqları ilə bağlı klubun mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq. Rüstəm bəy Sport7.az-a açqılamasında bunları bildirdi: "Komanda son turdan sonra ayın 9-na qədər istirahət etdi. Bugündən hazırlıqlara başlamışıq. Ruslan Abışovdan başqa hamı məşqlərdə iştirak edir. Yoldaşlıq görüşü nəzərdə tutulmayıb. Səbəbini bilmirəm, amma məşqçinin təqdim etdiyi planda yoxlama matçı nəzərdə tutulmayıb. Ola bilər qarşıdakı günlərdə ya əvəzedicilər, ya da başqa rəqiblərdə yolaşlıq görüşü olar, amma hələ ki, heç nə nəzərdə tutulmayıb".

"Neftçi"nin sözçüsü Ruslan Abışovun durumu ilə bağlı bunları söylədi: "Ruslan ayın 20-dən sonra növbəti dəfə Almaniyaya gedib, gələn ayın əvvəlində qayıdacaq. Orda müayinə olunacaq, həkimlər durumunu yoxlayacaq. Hər şey qaydasında olsa, bir müddət fərdi məşqlər edəcək. Daha sonra komanda ilə birlikdə hazırlığa qoşulacaq. Belə deyək, plan üzrə, hər şey qaydasında olsa dekabrdan komanda ilə birlikdə məşqlərə qoşulacaq. Qış fasiləsinə qədər oynaya bilməyəcək".

Sport7.az

Xəbər lenti