"Neftçi"nin sabiq futbolçusu Kvame Karikari karyerasını Misirdə davam etdirəcək.
Sport7.az xəbər verir ki, qanalı hücumçu bu ölkənin ENPPI komandasına keçib.
Klubun yaydığı məlumata əsasən, 29 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
2018/2019 mövsümünün birinci yarısını "Neftçi"də keçirmiş Kvame Karikari flaqmanın heyətində 10 oyuna 2 qol vurub. "Neftçi"yə böyük ümidlərlə gətirilən Karikarini "vəhşi" ləqəbi ilə təqdim etmişdilər.
Sport7.az