"Neftçi"nin veteran gürcüsü: "Bu oyun mənə gələcək karyeramda irəliləmək üçün təkan verdi" (VİDEO)

"Neftçi"nin sabiq futbolçusu Geordi Adamiyanın 38 yaşı tamam olur. 
 
Sport7.az gürcüstanlı veteran futbolçunun bu münasibətlə klubun rəsmi saytına müsahibəsini təqdim edir. 
 
Tbilisidə baş tutan video-müsahibə zamanı keçmiş hücumçu "Neftçi"də keçirdiyi dönəmi xatırlayıb. O, "Birlik kuboku"nda "Pünik"lə qarşılaşmanı xüsusi vurğulayıb: "Bu oyun mənə gələcək karyeramda irəliləmək üçün təkan verdi. "Pünik"lə matçdan sonra bütün Azərbaycan məni tanıdı. Düzü, görüşə qədər xüsusi həyəcan keçirmirdim. Amma ertəsi gün rəhbərlik gələndə iclas oldu və bizi necə bir oyunun gözlədiyini hiss etdim. Qarşılaşmadan əvvəl elə həyəcanlanırdım ki, istirahət edə, yata bilmirdim. Birinci hissədə elə görünürdü ki, komanda həyəcan keçirir, heç nə alınmır. Xoşbəxtlikdən ikinci hissədə ilk qolu vurduq, sonradan isə Vidadi Rzayev ikinci topa imza atdı. Oyun da istədiyimiz kimi başa çatdı".
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR