“Neftçi”nin "xilaskarı"

“Neftçi”nin
Xeyli vaxtdı ki, "Neftçi” azarkeşlərinin gözü yolda, qulağı səsdədi.

Sport7.az xəbər verir ki, qış tətilindən yanvarın 7-də dönən "Neftçi” fasilədə 4 futbolçunu rənglərinə bağlayıb. Bunun əvəzində isə iki futbolçunun "Neftçi”dən gedəcəyi rəsmiləşib.

Hazırda "Neftçi”nin fasilə dövründəki trasnfer çalışmaları belədir:

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ”), Aqil Məmmədov ("Qəbələ")
 
Gedən: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt")
 
Azarkeşlər yeni legioner hücumçunun gəlişini səbrsizliklə gözləyirlər. Amma bu istiqamətdə konkret addımlar atılmır. Kluba yaxın mənbədən aldığımız məlumatda bildirilir ki, əsas səbəb büdcənin artırılmamısıdı. Əlavə mənbəyi olmadığından klub rəhbərliyi legionerlərin bəzilərindən can qurtarmağa çalışır. Ən real namizəd isə Kvame Karikaridi.

Qanalı hücumçu çempionatın son oyunlarında ümumiyyətlə, meydana çıxmırdı. Roberto Bordinin güvənmədiyi forvard mövsüm ərzində iki qola imza atıb. Transfer dəyəri 450 min avro göstərilən futbolçunu "Neftçi” pulsuz buraxmağa da hazırdı. Onunla müqavilə gələn mövsümün sonunda bitir. Belədə Kvamenin gedişi "Neftçi”yə əlavə legioner transfer etməyə imkan yaradacaq. Məhz onun maaşından qənaət edilən təxminən 100-150 min avronun əvəzinə yeni futbolçu ilə müqavilə bağlanacaq.

Tez-tez komanda dəyişməyə öyrəncəli olan Karikari də "Neftçi”dəki durumundan narazıdı. Yarım mövsümə "Neftçi”dən təxminən 70 min avro pul qoparan hücumçu daha aşağı maaş qarşılığında Avropanın ortabab çempionatlarından birinə yollanmağa hazırdı. Karikari yaxın günlərdə Albaniyanın "Partizani” klubunda peyda ola bilər.

Sport7.az

Xəbər lenti