"Neftçi"nin yalanı üzə çıxdı

Neftçi”nin Milan Miyatoviçlə son anda müqavilə imzalamadığı haqda məlumat vermişdik.

Sport7.az xəbər verir ki, klub rəsmisi Mehman Rəsulov transferin baş tutmamasına səbəb kimi, futbolçunun tibbi müayinədən uğursuz keçməsini göstərib.

Məsələ ilə bağlı Miyatoviçin fikirlərini də öyrəndik. 28 yaşlı qolkiper saytına verdiyi açıqlamada səhhətində heç bir problemin olmadığını bildirib: "Səhhətimdə problem var? Bu necə ola bilər? Mən 1 həftə "Neftçi”də məşqlər etmişəm. Nə zədəm var, nə də səhhətimdə problemim. Karyeramda bir neçə klub dəyişmişəm. Amma belə hal baş verməyib. Sadəcə başqa məsələlərdə razılaşa bilmədik. Hazırda hava limanındayam və vətənimə dönürəm. "Neftçi” hekayəsi mənim üçün başlamamış bitdi”.

sportal.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR