"Neftçi"nin yarımmüfadiəçisi özünü xoşbəxt hiss edir - VİDEO

"Neftçi”nin qvineyalı futbolçusu Mamadu Kane Qəbələdəki təlim-məşq toplanışı zamanı "Neftçi TV”yə müsahibə verib.
 
Sport7.az xəbər verir ki, yaradılan şəraitdən razılığını dilə gətirən yarımmüdafiəçi klubda xoşbəxt və can qoymağa hazır olduğunu bildirib: "Artıq iki ildir ki, "Neftçi"dəyəm və liqaya yaxşı bələdəm. Burada özümü daha yaxşı hiss edirəm. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Çünki burada çox xoşbəxtəm, insanlar mənə xoş münasibət göstərirlər. Çox xoşbəxtəm və burada özümü çox yaxşı hiss edirəm. Biz "Qəbələ"yə gəlməzdən əvvəl koronavirusla bağlı test verdik. Burada isə təhlükəsizlik tam yüksək səviyyədədi. Hazırlığımız çox yaxşı səviyyədə davam edir. Hər şey məni qane edir. Ümumilikdə hər şey xoşuma gəlir. Məşq və bərpa proseslərimiz yaxşı gedir. Qidalanmamız yüksək səviyyədədi, çox razıyam. Bu gün eşitdik ki, karantin müddəti bir az da uzadılıb. Çempionatın nə vaxt başlayacağını bilmirik. Buna baxmayaraq gərgin məşq edirik, həm çempionat, həm də Avropa Liqasının oyunlarına hazırlaşırıq. Komandada hamı xoşbəxtdir. Canla-başla məşq edirik. Mənə olan dəstək və sevgiyə görə azarkeşlərə təşəkkür edirəm. Buna görə çox xoşbəxtəm və meydanda can qoymağa hazıram".
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR