"Neftçi"nin yeni futbolçusu məşqlərə qoşulub

"Neftçi” Premyer Liqanın 12-ci turunda qarşılaşacağı "Qəbələ” ilə matçın hazırlığına başlayıb.
 
Sport7.az xəbər verir ki, "Keşlə” ilə oyundan sonra 4 günlük istirahətə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
 
Baxışda olan qvineyalı Yamussa Kamaranın da qatıldığı məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

"Neftçi” – "Qəbələ” oyunu noyabrın 24-ü "Bakcell Arena”da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR