"Neftçi"nin zədəli futbolçularından şad xəbər

"Neftçi"nin iki futbolçusu zədəsini sağaldıb.

Sport7.az xəbər verir ki, gənc futbolçular - Elnur Cəfərov və Ömər Buludov məşqlərə başlayıblar. 

21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində zədə alan Cəfərov bu gündən fitnes zalında məqşlərə start verib. Hücumameyilli yarımmüdafiəçi 2 həftədən sonra kollektivlə məşqlərə başlayacaq.  

Ömər Buludov isə artıq tam olaraq sıraya dönüb. U-21 yığmamızın heyətində burnu qırılan müdafiəçi dünəndən "Neftçi"nin əsas komandası ilə hazırlığa start verib.

Qeyd edək ki, "Neftçi" Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"la qarşılaşacaq. 
 
Sport7.az

Xəbər lenti