“Neftçi”yə niyə yaxın duran yoxdu? – Acı reallıq

12 Fevral 2018, 12:31
12 Fevral
2018
12:31
462
"Kəpəz”lə dünənki oyun "Neftçi”nin problemlərinin
bitmədiyini göstərdi. Söhbət təkcə oyun planında olan problemlərdən getmir. "Neftçi” keçirdiyi ağır böhranı arxada qoymayıb, düşdüyü çətin durumdan çıxmayıb.
Futboldan birbalaca baş çıxarmaq kifayətdi ki, "Neftçi”nin
ölkə kubokunun ¼ finalında "Zirə” ilə oyundan bəri nə qədər dəyişdiyini hiss
edəsən. Üzərindən heç iki ay keçməyib. Heyətdə də böyük dəyişikliklər yoxdu.
Amma həmin əzmkarlıqdan, döyüşkən və özünə inanan komandadan əsər-əlamət
qalmayıb. Komanda irəli getmək əvəzinə geriləyib, güclənmək yerinə zəifləyib. Halbuki, mətbuat da, azarkeşlər də, hətta "Neftçi”nin rəqibləri belə
qış fasiləsinə böyük ümidlərlə baxırdılar, "xalq komandası”nın gücünə güc
qatacağını düşünürdülər. Bununla da "Neftçi” mükafatlara, daha dəqiq desək,
avrokuboklara qatılmaq iddiasını ortaya qoyacacaqdı.
"Neftçi”nin avrokuboklarda oynaması ağ-qara rənglərə
könül verən azarkeşlər üçün çox vacibdi. Elə rəhbərliyin tənqidləri azaltması,
Tərlan Əhmədovun ona inanları yanıltmaması üçün "Neftçi” bu yay avrokuboklara
qatılmalıdı. Bununla sponsorları da ölkənin ən qocaman klubuna cəlb etmək, 81
yaşlı "Neftçi"nin adı ərtafında sağlam mühit yaratmaq olar. Amma proses dayanıb və ya dayandırılıb.
Girişdə vurğuladığım kimi, söhbət təkcə "Neftçi”nin
zəif oyunundan, autsayder "Kəpəz”i çətinliklə məğlub etməsindən getmir. Səhvim
varsa, siz düzəldin. "Neftçi” bu gün Topaz Premyer Liqasının səkkiz iştirakçısı
arasında titul sponsoru olmayan iki komandadan biridi. Digəri isə debütant "Səbail”di
ki, onlarla bağlı məsələ hər kəsə məlumdu. "Neftçi”nin meydanda "adsız” formada
çıxması ciddi məsələdi. Sponsorlar "Neftçi”yə inanmır, heç kim öz adını bu
klubla bərabər çəkdirmək, ölkə futbolunun flaqmanı sayılan klubun
formasında reklam olunmaq istəmir.
2015-ci ilin oktyabrında "Neftçi” hörmətli
qonaqları Bakı Biznes Mərkəzinə yığmışdı. Əsas komandanın yeni titul sponsoru
ictimaiyyətə təmtaraqlı mərasimlə təqdim olundu. Sonrası necə oldu? Heç nə.
Yeni mövsumə "Neftçi” adsız formalarla çıxdı. Məsələni araşdırdıq, dedilər ki, "ASAN
Xidmət”lə müqavilə başa çatıb, hazırda müxtəlif şirkətlərlə danışıqlar davam
etdirilir, tezliklə yeni titul sponsorunun adı məlum olacaq.
Tezliklə... İlk dövrə arxada qaldı, bir xəbər
çıxmadı. Klubun mətbuat xidmətiylə əlaqə saxladıq, prosesin hələ bitmədiyini
bildirdilər. II dövrə də bitdi, qış fasiləsi də. Dünənki oyunda da titul
sponsorunun adı gözə dəymədi. Fövqaladə nəsə baş verməsə, "Neftçi” mövsümün
qalan hissəsini belə yola verəcək. "Xalq komandası”na yaxın duran yoxdu.
Acınacaqlı haldı. 81 illik tarixi bu günə salanlar heç utanırlarmı?
Digər xəbərlər
-
GÜNDƏM, Manşet, Köşə
Çempion ömrün 54-cü ili
-
GÜNDƏM, Manşet, Köşə
Bordinin bir barmağın kəssən... - Aktual
-
Ölkə Futbolu, Manşet, Köşə
Klublar Komitəsi qış yuxusunda, İK meydan sulayır
-
Manşet, Köşə
Mehdi(yev) Əhmədova kömək edə bilməyəcək
-
Manşet, Köşə
“Neftçi”nin Kamranı xatırlaması
-
Manşet, Köşə
Azərbaycan futbolunda süni fırtına
-
Manşet, Köşə
Elxan Məmmədova Yeni il arzum
-
Manşet, Köşə
Təklənmiş Məmməd
Xəbər lenti
-
17:23Bakı Olimpiya Stadionunda bu vaxta kimi neçə toy keçirilib? - AÇIQLAMA
-
16:53"Riberisiz bu 10 il necə keçərdi, bilmirəm" - Aryen Robbenlə keçmişə, bu günə və sabaha dair
-
15:51İqor Mitreski: "Neftçi”nin yeri başqadır"
-
15:20Lebron Ceymsin əvəzinə Andre İqudala
-
14:32"Tarixə topla səyahət" - 1992
-
13:58"Mən xəyallarımı yaşamışam. Neçə insan həyatı haqda eynisini deyə bilər?" - Ronaldunun hekayəsi
-
13:31AFFA "Sabah"ı cəzalandırdı
-
13:11Latviyaya gedən futbolçumuzun məşqçisi: "Əzmkardı, texnikalıdı və meydançanı yaxşı görür"
-
12:53Voznyaki Dubayda keçirilən turnirdə iştirakdan imtina etdi
-
12:20Püşk atıldı: "Mançester Siti" "Suonsi" ilə, MY "Vulverhempton"la qarşılaşacaq
-
12:05Millimizdən iki bürünc medal
-
12:01"Liverpul" "Bavariya"ya qarşı, "Barselona" "Lion" səfərində - YENİLƏNİR
-
11:39"Barselona" Yoviçi transfer etməyə daha yaxındı
-
11:17Bəs sən klubunun himnini bilirsən? - ARAŞDIRMA
-
10:55İlin idmançıları - Novak Cokoviç və Simon Baylz
-
10:31Azərbaycanlı idmançı Rusiyada adam öldürdü - FOTO
-
09:53Təyinatlar açıqlandı
-
09:30Əsədov: "Daha çox pula gələnlər yola verir"
-
01:34"Mançester Yunayted" "Çelsi"ni mübarizədən kənarlaşdırdı - VİDEO
-
22:35Ofsayda düşən hakimlər
-
21:37Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı
-
21:07Qrizmann: "Atletiko"nun oyun tərzini dəyişmək kimi bir niyyəti yoxdu"
-
20:53"Bavariya" ilə oyun ərəfəsində "Liverpul"da ciddi itkilər var
-
18:27"İkardinin "Yuventus"la bağlı fikrini öyrənmək istəyirdik" - Fabio Paratiçi
-
18:20Yurçeviçli yığma yoldaşlıq görüşü keçirəcək
-
17:29"Bütün karyeram boyu yalnız bir sağlam ayaqla oynamışam" / Roberto Baccio - 52
-
17:09Uşaq evindən Azərbaycan millisinə - Qız hara, futbol hara?! (VİDEO)
-
16:23Namik Ələsgərov üçün yubiley
-
16:17"Napoli"nin əfsanəsi Hamşik Çin klubu ilə müqavilə imzaladı
-
16:06AFFA milliyə rəqib tapa bilmir
-
16:03Yurçeviç Məşqçilər Komitəsi ilə niyə görüşmür?: "Buna öyrəşmişik"
-
15:23Mourinyu: "Özümü Fransa çempionatında təsəvvür edə bilirəm"
-
15:16"Görürdüm ki, burda oynamağa imkan yoxdu, "şələ-şülə"mi yığırdım..."
-
14:59Millimizin üzvü Latviya klubuna transfer olundu - FOTOLAR
-
14:44Əliyar Ağayev "Sumqayıt"ın oyununda
-
14:36"Mançester Yunayted" De Xea üçün fantastik təklif hazırlayır
-
14:23"Bavariya" "Liverpul"la oyunda Boatenq və Riberidən istifadə edə bilməyəcək
-
14:12Federer Nisikori ilə yerini dəyişdi, Cokoviç liderliyini davam etdirir
-
13:43Vüsalədən atmaca: "Bəzi xanım azarkeşlərimiz buqələmun kimidir, rəngləri bilinmir"
-
13:32Simona Halep yenidən ikinci sırada, Serena Uilyams ilk onluğa qayıtdı
-
13:10Elçin Mustafayev: "Məqsədim Azərbaycan millisinin aparıcı futbolçusu olmaqdır"
-
13:0270-ci səfər məğlubiyyəti
-
12:45Arif Əsədov: "Bordin ortaya hansısa oyun fəlsəfəsi qoymayıb"
-
12:28"Real" "Bernabeu"da "Jirona" ilə bacarmadı - VİDEO
-
12:12Yannis Adetokunbo dünya çempionatında oynamağı planlaşdırır
-
11:45"İstəsəm, mənim üçün səhranı da yaşıllaşdırardılar" - Pirlonun Qətərə transferi niyə baş tutmayıb?
-
11:36İdmançılarımızdan iki medal
-
10:57"Real"ı məğlub edən "Barselona" İspaniya Kral kubokunun qalibi oldu
-
10:47NBA All-Star: "Lebron Ceymsin komandası" "Ulduzlar matçı"ndan qalib ayrıldı (VİDEO)
-
10:32Millimizin futbolçusu: "Hakim rəqibin təxribatına göz yumurdu"
18 Fevral 2019