"Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz" - Fatih Terim

"Neftçi"yə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki bu oyunu kompensasiya etmək mümkün olmayacaq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Neftçi" ilə oyunu üçün Bakıya səfər öncəsi aeroportda yerli jurnalistlərə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, mərhələnin 1 oyundan ibarət olması rəqib üçün də yaxşı fürsətdir: "Çox vacib oyuna çıxacağıq. Səhv istəmirəm".

Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR